BDU-da süni intellektin psixoterapiyada tətbiq imkanları müzakirə olunub

30/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə “Süni intellektin psixologiya aspektindən təhlili və psixoterapevtik müdaxilələrdə innovativ tətbiqlər” adlı elmi-metodik seminar keçirilib.

Eklektik psixoterapiyanın supervayzeri, Psixologiya kafedrasının müəllimi David Poladovun keçirdiyi seminarda süni intellektin psixologiya elminin inkişaf dinamikasına təsiri, psixoterapiyada tətbiq imkanları elmi aspektdə müzakirə olunub. İştirakçılar süni intellektin koqnitiv psixologiyanın əsas anlayışları - qavrayış, diqqət, qərarvermə və idrak strukturları ilə müqayisəli təhlilini aparıblar. Eyni zamanda Endel Tulving və Herbert Simonun nəzəri prinsiplərinə əsaslanaraq insan və maşın intellekti arasında idrak paralelliyi məsələsinə diqqət yönəldilib.

Müzakirələrdə süni intellekt texnologiyalarının psixoterapiyada istifadəsi, empatiya və refleksiya proseslərinin avtomatlaşdırılması, etik məsuliyyət və məlumat təhlükəsizliyi kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, klassik psixoloji nəzəriyyələrin müasir texnoloji mühitdə yeni interpretasiyaları təqdim olunub, terapevtik modellərdə insan-maşın qarşılıqlı əlaqəsinin rolu elmi baxımdan izah edilib.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026