BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

17/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Süni intellekt etikası kafedrasının müdiri Rafiq Ələkbərov və Kaye Akademik Təhsil Kollecinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, ali təhsil və elmi-tədqiqat fəaliyyətində yaratdığı imkanlar, tədris prosesinə təsiri və bu sahədə yeni yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə süni intellekt etikası, akademik dürüstlük, müəllim və tələbələrin fəaliyyətində süni intellektdən məsuliyyətli istifadə, eləcə də təhsil prosesində texnologiyaların tətbiqi ilə bağlı yaranan çağırışlara diqqət yetirilib.

Həmçinin süni intellektin orta və ali təhsildə rolu, beynəlxalq təcrübənin öyrənilməsi və sahənin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Sonda süni intellekt etikası və təhsildə innovativ texnologiyalar istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026