BDU-da Sosial iş ixtisası üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

27/06/2019

Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Hadi Rəcəbli bu ixtisas üzrə təhsilini başa vurmuş tələbələrin buraxılış işlərinin müdafiəsində iştirak edib. Komitə sədri ölkəmizdə prioritet istiqamətlərdən birinin sosial siyasət olduğunu vurğulayıb, davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları, müavinətlər və bu kimi addımları nümunə göstərərək bunun birbaşa xalqın rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini qeyd edib.

Sonra tələbələrin çıxışları dinlənilib. H.Rəcəbli müdafiə prosesində iştirak edərək tələbələrin aktual mövzular araşdırdığını və nəticə olaraq uğurlu işlərin ərsəyə gəldiyini qeyd edərək, məzunlarımızın ölkəmizdə gedən sosial dövlət quruculuğuna böyük töhvələr verəcəyinə əminliyini ifadə edib.


Mətbuat və informasiya şöbəsi, 27 iyun 2019-cu il.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026