BDU-da sosial-emosional öyrənmənin təhsil prosesinə inteqrasiyası tədqiq olunur

19/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş növbəti elmi seminar keçirilib.

Seminarda BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə “Sosial-emosional bacarıqlar və məktəb liderliyi” mövzusunda mühazirə deyib.

Mühazirə zamanı təhsil psixologiyasının müasir yanaşmaları, öyrənmə prosesində sosial-emosional bacarıqların rolu və məktəb mühitində liderliyin formalaşdırılması məsələləri geniş izah olunub. Qeyd edilib ki, bu sahədə aparılan tədqiqatlar öyrənmə davranışları, motivasiya, şagird şəxsiyyətinin inkişafının daha dərindən anlaşılmasına imkan yaradır.

Elmina Kazımzadə çıxışında müasir təhsil sistemində “nə” sualından “necə” sualına keçidin baş verdiyini vurğulayıb. Bildirib ki, bu yanaşma öyrənmənin daha effektiv təşkili, şagirdlərin potensialının üzə çıxarılması və inklüziv təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seminar çərçivəsində, həmçinin, sosial-emosional öyrənmənin təhsil prosesinə inteqrasiyası, təhlükəsiz və dəstəkləyici məktəb mühitinin yaradılması, eləcə də pozitiv psixologiyanın bu sahədəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026