BDU-da "Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri" mövzusunda seminar keçirilib

25/10/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və “Socialist Law Club”un birgə təşkiklatçılığı ilə "Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri" mövzusunda seminar keçirilib.

Seminarda hüquq elmlər doktoru, professor Xəyyam İsmayılov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, hüquq sistemi anlayışı ilə bağlı tələbələrə ümumi məlumat verib, daha sonra "Azərbaycanda hüquq sisteminin tarixi", "Cümhuriyyət dövründə hüquq sistemi", "Sovet dövründə Azərbaycanda hüququn mövcudluğu", "Qanunvericilik sahəsində həyata keçirilən yeniliklər" və s. kimi mövzulara toxunub. Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar tarixi prizmadan nəzərdən keçirilib, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası haqqında məlumat verilib.

Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025