BDU-da soyqırım qurbanlarının xatirəsi anılıb

29/03/2013

Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Soyqırımı aktının xalqım  ıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət olduğunu vurğulayan rektor, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. Rektor bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. Rektor deyib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparılır, 10 illiklər boyu formalaşmış stereotiplər və yanlış siyasi yanaşmalar dəyişdirilməyə çalışılır.

Daha sonra professor Anar İsgəndərli və dosent Boran Əziz çıxış ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 29 mart 2013-cü il.


Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025