BDU-da sərgi: “Özbək qadının identikliyi”

30/09/2025

Özbəkistanın Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin Psixologiya kafedrasının bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub. Özbək Milli Universitetinin Psixologiya kafedrasının professoru Dilbər Muxamedova, professor əvəzi Ruxsora Xudratullayeva, psixologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Əzizə Turakulova, kafedranın baş müəllimi Diyora Xocaxulova fakültə dekanı Rövşən Cavadovla görüşüblər.

Qonaqlar həmçinin Psixologiya, Sosial və pedaqoji psixologiya kafedralarında olublar. Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru Səxavət Əliyeva, professorlar Rəna Qədirova, İmdad Bayramov, dosentlər Sevinc Quliyeva, Azər Mustafayev, Kamilə Kazımova, psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirova özbək alimləri ilə elmi müzakirələr aparıb, fikir mübadiləsi ediblər.

Özbək qonaqlar Sosial elmlər və psixologiya fakültəsində “Özbək qadının identikliyi” mövzusunda sərgi nümayiş etdiriblər. Sərgidə Özbəkistan qadınlarının elm, mədəniyyət və idmanın inkişafına verdiyi mühüm töhfələri əks etdirən foto-eksponatlar nümayiş etdirilib.  Eksponatlarda Özbəkistan qadınlarının özünəməxsus xüsusiyyətlərini və xarakterini təcəssüm etdirən məqamlar yer alıb, onların cəmiyyətdə və mədəniyyətdəki roluna xüsusi diqqət çəkilib.

 

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026