BDU-da sürünənlərin bəzi növlərinin sitoloji-histoloji xüsusiyyətləri araşdırılır

17/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dissertantı Ramin Həşimovun “Azərbaycanda sürünənlərin Ophisops elegans, Lacerta strigata, Tenuidactylus caspius (Reptilia, Sauria) növlərinə ekoloji amillərin təsiri və onların sitoloji-histoloji tədqiqi” mövzusunda elmi seminarı keçirilib.

Seminarda respublikamızda biomüxtəlifliyin qorunması və ekosistemlərin öyrənilməsi baxımından mühüm sayılan kərtənkələ növlərinin yaşayış mühiti, ekoloji amillərə uyğunlaşma mexanizmləri və toxuma səviyyəsindəki dəyişiklikləri müzakirə olunub. Müxtəlif ekosistemlərdən toplanmış nümunələr üzərində aparılan tədqiqatlar nəticəsində urbanizasiyanın, temperatur dəyişkənliyinin və digər amillərin bu növlərin morfoloji və histoloji quruluşuna təsiri ətraflı təqdim olunub.

Ramin Həşimovun apardığı araşdırmalar sübut edib ki, uzunmüddətli sabit isti şəraitdə bəzi növlərdə parazitlərin aktivləşməsi müşahidə olunur, ekosistemin orta illik temperaturu isə kərtənkələlərin morfometrik göstəricilərinə birbaşa təsir göstərir. BDU-nun dissertantı əldə olunan nəticələr, həmçinin, bu növlərin yayılma arealında baş verən dəyişikliklərə dair mühüm məlumatları təqdim edib.

Seminar iştirakçıları mövzu ilə bağlı elmi diskussiya aparıb, araşdırmanın nəzəri və tətbiqi baxımdan əhəmiyyətli olduğunu vurğulayıblar.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026