BDU-da “Strateji yol xəritələri və coğrafi tədqiqatlar” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib

10/05/2018

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Strateji yol xəritələri və coğrafi tədqiqatlar” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev ulu öndərin rəhbərliyi dövründə həyata keçirilən elm-təhsil siyasətindən, o cümlədən onun coğrafiya elminin inkişafına dəstəyindən bəhs edib. O, ümummilli lider H.Əliyevin təhsilin inkişafına göstərdiyi yüksək diqqətin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycandünya miqyasında tanındığını söyləyib.

Sonra Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Saleh Nağıyev, Ekologiya və torpaqşünaslıq fakültəsinin professoru Telman Xəlilov çıxış ediblər. Çıxışlarda “Azərbaycanın davamlı inkişafında içməli su təchizatının rolu”, “Azərbaycanın regional şəhərlərinin əhalisinin miqrasiyasının iqtisadi-coğrafi problemləri”, “Strateji yol xəritəsi və onun reallaşdırılmasının iqtisadi coğrafi şəraiti” və s. mövzular təqdim edilib, fikir mübadiləsi aparılıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, ümumilikdə 50 tezisin təqdim edildiyi elmi-praktiki konfransın materiallarından ibarət toplu çap olunub.

Mətbuat və informasiya şöbəsi, 10 may 2018-ci il

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026