BDU-da “İƏT xarici işlər nazirlərinin Beynəlxalq simulyasiya Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib

25/10/2021

Bakı Dövlət Universitetində (BDU) İslam Əməkdaşlıq Gənclər Forumu (İƏT Gənclər Forumu) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti” çərçivəsində İƏT Modeli - Xüsusi Sessiya, “İƏT xarici işlər nazirlərinin Beynəlxalq simulyasiya Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib.

Konfransı İƏT Gənlər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov açaraq gənclərin konfrans zamanı bilik və təcrübələrini öz aralarında bölüşməklə diplomatik bacarıqlarını artıracaqlarını vurğulayıb. Əlavə edib ki, əldə ediləcək təcrübə yaxın gələcəkdə ölkələrini təmsil edəcək diplomatların və liderlərin formalaşmasına öz töhfəsni verəcək. Daha sonra İƏT Gənclər Forumunun Gənclər siyasəti, təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi çıxışında gənclərə gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda İƏT Xarici İşlər Nazirləri Şurasının işinin simulasiyasında 6 ölkədən 30 istedadlı gənc iştirak edib. Onlar Qarabağ bölgəsində davamlı sülh sazişini fəal müzakirə edərək, mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qəbul edilən qərarlarda Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri və “ağıllı şəhər”, “ağıllı kənd”lə bağlı planlar özünü əks etdirir. Eləcə də bu qərarlar İƏT-ə üzv dövlətləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə dərhal və təhlükəsiz qayıtmasını təmin etmək üçün aparılan yenidənqurma və minalardan təmizləmə proseslərində iştiraka çağırır. Azərbaycan hökumətinin və xalqının öz ölkəsini müdafiə etmək üçün gördüyü səylərə dəstəyi ilə tam həmrəyliyini bir daha təsdiq edir.

Konfransda xüsusi bilik və bacarığı ilə fərqlənən 5 iştirakçı Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak və Qarabağa səfər etmək fürsəti əldə edəcək. Onlar arasında BDU-nun tələbələri Səid Omanov və Musa K. Ceesay Fəxri fərmana layiq görülüb. Qaliblər və tədbirin yekun sənədi olan İƏT Modeli bəyannaməsi bu ilin 27-29 oktyabr  tarixlərində keçirilməsi planlaşdırılan “Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti”nin müvafiq panel sessiyasından sonra iştirakçılara elan ediləcək.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024