BDU-da tamaşa nümayiş etdirilib

29/11/2018

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə “Meydanın başladığı gün” adlı tamaşa nümayiş etdirilib. BDU THİK-in sədri, dosent Daşqın Qənbərov 100 illik yubileyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetinin Azərbaycan elminə və mədəniyyətinə əvəzsiz töhfələr verməsindən danışıb, bu baxımdan tədbirin önəmindən bəhs edib. 
BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi Elcan Məmmədov layihə rəhbəri kimi tədbirin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, tamaşa Azərbaycan xalqının tarix boyu azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarına həsr edilib.
Tamaşanın ssenari müəllifi Jurnalistika fakültəsinin I kurs tələbəsi Elcan Məmmədov, quruluşçu rejissoru həmin fakültənin III kurs tələbəsi Türkan Məmmədovadır. 
Çıxışlardan sonra universitet tələbələrinin səhnələşdirdikləri tamaşa maraqla izlənilib.
Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Rövşən və “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2018-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026