BDU-da tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş

14/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Filologiya fakültəsinin TGT sədri Hümbət Bədəlov Qəşəm Nəcəfzadənin həyat və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, tanınmış şairin indiyədək 40-a yaxın kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb, şeirləri 20-dən çox dilə tərcümə olunub.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxışında Qəşəm Nəcəfzadənin zəngin yaradıcılığından bəhs edib, onun poeziyasında xalqın ruhunu, torpağın nəfəsini duymağın mümkün olduğunu vurğulayıb.

Çağdaş ədəbi-bədii proseslərə dair fikirlərini bölüşən Qəşəm Nəcəfzadə tələbələrlə görüşməkdən məmnuniyyət duyduğunu bildirib, gənc ədiblərə yaradıcılıqla bağlı məsləhətlər verib. Sonra şair sevilən şeirlərini səsləndirib.

Görüş zamanı şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Şair Ətraf Sərraf da Qəşəm Nəcəfzadənin yaradıcılığına dair fikirlərini bölüşərək, onun poetik dilinin orijinallığından bəhs edib.

Görüşün sonunda Qəşəm Nəcəfzadə tələbələrə kitablarını hədiyyə edib.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
20/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026