BDU-da tanınmış folklorşünas alim Nizami Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının mərhum professoru, tanınmış folklorşünas alim Nizami Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Nizami Xəlilov – 75” adlı tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, alimin yaxınları və ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Nizami Xəlilovun həyat və yaradıcılığından bəhs olunan videoçarx nümayiş olunub.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov professor Nizami Xəlilovun uzun illər dekan müavini, Elmi Şuranın üzvü, tədqiqatçı, pedaqoq kimi fəaliyyətindən söz açıb, onun barəsində xatirələrini bölüşüb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Nizami Xəlilovun elmi yaradıcılığı, kafedranın elmi-pedaqoji həyatında rolu haqqında geniş məlumat verib. Qeyd edib ki, professor Nizami Xəlilov bir folklor araşdırıcısı kimi həyatını Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası ilə bağlayıb. Ağız ədəbiyyatımızın, xüsusilə aşıq yaradıcılığının tədqiqi, tədrisi və təbliği onun fəaliyyətinin əsasını təşkil edib. Onun yüzlərlə məqaləsi, 10-a yaxın kitabı və tədris vəsaiti nəşr etdirib.
Sonra Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru Teymur İlyaslı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məhərrəm Vəliyev, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı tanınmış ziyalının elmi-pedaqoji fəaliyyəti, alim və müəllim kimi şəxsi keyfiyyətləri ilə bağlı çıxışlar edib, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhum professorun ailə üzvləri adından çıxış edən qardaşı oğlu Azər Xəlilov onun qayğıkeş ailə başçısı, gözəl ata və baba, yardımsevər insan kimi həmişə yaxınları, qohumları və dostları tərəfindən sevildiyini, xeyirxah əməlləri ilə xatirələrdə yaşayacağını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbir bədii hissə ilə davam edib.

 

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024