BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

11/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində çıxışında tarix elmi qarşısında qoyulan əsas vəzifələr” mövzusunda elmi seminar keçirilib.

Seminarda laboratoriyanın müdiri, dosent Səidə Quliyeva məruzə edib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki konseptual çıxışından irəli gələn strateji vəzifələr təhlil edilib. Bildirilib ki, dövlət başçısının çıxışı humanitar elmlər sahəsində yeni “yol xəritəsi” kimi qiymətləndirilə bilər. Çıxışda tarixin tədqiqi, beynəlxalq təbliği, dövrləşdirilməsi, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin elmi-nəzəri konsepsiyasının işlənilməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin və şəhərsalma fəaliyyətinin cari tarixinin yazılması, eləcə də milli ideologiya, dövlətçilik şüuru və milli özünüdərkin gənc nəslə aşılanması kimi məsələlərin prioritet istiqamətlər olduğu vurğulanıb.

Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış strategiyasının tarixi-hüquqi əsaslandırılması, erməni saxtakarlığına qarşı elmi faktlarla mübarizə aparılması, çar Rusiyası dövrünə aid xəritə və arxiv sənədləri əsasında tarixi həqiqətlərin üzə çıxarılması müasir tarix elminin əsas vəzifələrindəndir. Həmçinin Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində tarixi irsin rəqəmsallaşdırılması və dünya ictimaiyyətinə təqdim olunmasının vacibliyi qeyd edilib.

Seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, böyük elmi işçi Ulduz Paşayeva və dosent Sevinc Ruintən mövzu ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda tarix elmində müasir çağırışlara uyğun yeni istiqamətlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, elmi tədqiqat laboratoriyalarının gələcək mövzuları müəyyənləşdirilərkən müzakirə olunan istiqamətlər nəzərə alınmalıdır.

Sonda qeyd edilib ki, tarixi tədqiqatların beynəlxalq indekslənən jurnallarda və xarici dillərdə yayımlanması müasir dövrün əsas tələblərindən biridir.

Xəbərlər

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
10/03/2026

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”
10/03/2026