BDU-da tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətinə həsr olunmuş elmi seminar

09/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində akademik heyətin və “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Azərbaycanda tarix-diyarşünaslıq muzeyləri” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu ilə bağlı çıxış edib.

Məruzədə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin iş təcrübəsi əsasında təqdim edilən məruzədə ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaranması, formalaşması və inkişaf dövrləri xronoloji qaydada izlənilib. Tarixi keçmişimizin, milli irsimizin və adət-ənənələrimizin qorunub-saxlanılaraq gələcək nəsillərə çatıdırılmasında tarix-diyarşünaslıq muzeylərinin rolu tədqiq edilib. Qeyd olunub ki, muzeylər yalnız eksponatların qorunduğu mədəni məkan deyil, tədqiqat və maarifləndirmə mərkəzi kimi də mühüm əhəmiyyətə malikdir.

Tədqiqatda Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya məzmunu, fondları və inkişaf dinamikası müqayisəli təhlil olunub. Məruzədə həmçinin İsmayıl bəy Qutqaşınlının Xatirə-Ev Muzeyi və Bəxtiyar Vahabzadənin Ev-Muzeyi barədə də maraqlı faktlar təqdim olunub. Bölgənin tarix-diyarşünaslıq muzeylərinin maddi-texniki təchizatının yaxşılaşdırılması, müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsi, nümayiş imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026