BDU-da Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olunub

16/04/2021

Bakı Dövlət Universitetində (BDU) Tarix  fakültəsinin təşkilatçılığı ilə 18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib. BDU-nun Tarix fakültəsinin dekan müavini dosent Bəxtiyar Nəbiyev  tədbiri giriş sözü ilə açaraq bu günün qeyd olunmasının tarixi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin mühafizəsi və regional və beynəlxalq çərçivədə təbliğindən bəhs edib.

Sonra Tarix fakültəsinin dekanı vəzifəsini icra edən İbrahim Zeynalov çıxış edərək son illərdə ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində layihələrin icra olunmasından, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə gördüyü işlərdən danışıb.

Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri doktoru  Tarix Dostiyev məruzə ilə çıxış edərək ölkəmizdə yaşı əsrlərlə və minilliklərlə ölçülən tarixi abidələrimizin, Azıx mağarasından tapılmış alt çənə sümüyü, Qobustan, Tağlar, Damcılı qədim yaşayış məskənlərinin olmasını təsdiqləyən elementlər haqqında məlumat verib.

Sonda çıxış edən BDU-nun tarixi muzeyinin əməkdaşı Arzu Əkbərova BDU-nun nəzdində fəaliyyət göstərən muzeylərdə saxlanılar tarixi eksponatlar haqqında məlumat verib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026