BDU-da tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək

19/11/2025

Noyabrın 20-də Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Məşğulluq filialının təşkilatçılığı ilə tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” – ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək.

Sərgidə Şərqi Zəngəzur və Qarabağ üzrə iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə fəaliyyət göstərən qurumlar iştirak edəcək.

Sərginin məqsədi tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində genişlənən yeni iş imkanları ilə tanış etmək, regionun bərpa və inkişaf prosesində gənclərin iştirakına dəstək olmaqdır.

Sərgi iştirakçıları Şərqi Zəngəzur və Qarabağ regionunda fəaliyyət göstərən işəgötürənlərlə birbaşa ünsiyyət quracaq, müxtəlif sahələr üzrə vakansiyalar, təcrübə və könüllülük proqramları, regionun inkişaf istiqamətləri ilə bağlı təqdimatlarla tanış olacaq, təlim və “workshop”larda iştirak edəcəklər.

Tarix: 20 noyabr 2025

Saat: 14:00-17:00

Məkan: Bakı Dövlət Universiteti, əsas tədris binası, III mərtəbə

Sərgidə iştirak üçün qeydiyyat linki: https://forms.gle/jQgKQ7888BksMuGP6

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026