BDU-da “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib

01/03/2017

Bakı Dövlət Universitetində SABAH qrupları Tələbə Həmkarlar Təşkilatı tərəfindən 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib.

Tədbirdə tarixçi alim Kamran Əsədov, THİK sədri Daşqın Qənbərov, BDU SABAH mərkəzinin rəhbəri İradə Süleymanova və  BDU SABAH Qrupları tələbələri iştirak ediblər.

Çıxış edən təşkilat sədri Mirhadı Səmidzadə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətindən, SABAH Qrupları Hüquq fakültəsi tələbəsi Faiq İsazadə informasiya müharibəsinin önəmindən, insanlıq əleyhinə olan cinayətlərin hüquqi aspektindən bəhs edib.

Sonra çıxış edən Daşqın Qənbərov və İradə Süleymanova həqiqətlərin dünyaya yayılmasında tələbələrin rolundan danışıb və tövsiyələrini veriblər.

Tədbirin sonunda BDU SABAH THT tərəfindən bir müddət öncə keçirilmiş “Gənc yazar” müsabiqəsinin qaliblərinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2017-ci il

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026