BDU-da tədbir: “Kimyanın sehri”

13/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Kimyanın sehri” adlı elmi-praktik tədbir keçirilib.

Tədbir çərçivəsində fakültə tələbələrinin iştirakı ilə bir sıra maraqlı kimyəvi təcrübələr — “Fil dişi reaksiyası”, “Vulkan reaksiyası”, “Bixromat-xromat rəng dəyişmə reaksiyası”, “Süni qan reaksiyası” və “Soyuq alov reaksiyası” nümayiş etdirilib.

Təcrübələrin məqsədi tələbələrdə kimyəvi reaksiyaların mexanizmlərinə dair bilik və anlayışları möhkəmləndirmək, elmi proseslərin praktik tərəflərini əyani şəkildə nümayiş etdirmək olub. Tədbir zamanı nümayiş etdirilən reaksiyalar elmi baxımda izah olunub, praktiki tətbiqi barədə ətraflı məlumat verilib.

Tələbələr müxtəlif maddələrin qarşılıqlı təsiri nəticəsində baş verən rəng dəyişmələri, qaz ayrılması və istilik effekti kimi fiziki və kimyəvi hadisələri yaxından müşahidə ediblər.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026