BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"

06/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yolun son addımı" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra  Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxışında azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin əhəmiyyətindən, bu prosesdə ekoloji balansın qorunmasının vacibliyindən danışıb. Bununla yanaşı, gənclərin bu işlərdə fəal iştirakının dövlətin gələcək inkişafı üçün əsas rol oynadığını vurğulayıb.

Torpaqşünaslıq və daşınmaz əmlak kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev torpaqlarımızın azadlığı uğrunda gedən mübarizənin tarixi, mənəvi və elmi tərəflərinə toxunaraq, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyindən bəhs edib. Eyni zamanda, tələbələrə bu ruhu qoruyub saxlamağın və gələcək nəsillərə ötürməyin əhəmiyyətini xatırladıb.

Tədbirdə fakültənin məzunu, Vətən müharibəsi iştirakçısı, qazi Sübhan Əliyev 44 günlük döyüşlər zamanı yaşadığı anlar, şəhid silahdaşlarının igidliyi ilə bağlı xatirələri paylaşıb, gəncləri daim torpaqlarımızı və müstəqilliyimizi qorumağa hazır olmağa çağırıb.

Sonda fakültənin II kurs tələbəsi Dəniz Zeynallı Vətənə həsr olunmuş şeir səsləndirib.

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026