BDU-da tədqiqatçılar üçün "Elsevier"in məlumat sessiyası təşkil olunub

03/06/2025

İyunun 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) beynəlxalq nüfuza malik “Elsevier” nəşriyyat şirkətinin rəsmi nümayəndəsi Saide Sakın iştirakı ilə “Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?” mövzusunda məlumat sessiyası keçirilib.

Sessiyada iştirakçılara “Elsevier”in təqdim etdiyi "Scopus", "ScienceDirect", "Scopus AI" və "Mendeley" kimi qabaqcıl elmi alətlərdən tədqiqat prosesində səmərəli istifadə yolları barədə məlumat verilib. İştirakçılara effektiv axtarış üsulları, mövzu seçimi, müəllif və qurum profillərinin optimallaşdırılması, yüksək kvartilli jurnalların müəyyənləşdirilməsi, beynəlxalq elmi jurnallarda nəşrə hazırlıq mərhələləri və bu prosesdə “Scopus AI” süni intellekt alətlərinin tətbiq imkanları təqdim olunub. Həmçinin, “Elsevier” resurslarına çıxış və istifadəyə dair praktik tövsiyələr səsləndirilib.

Məlumat sessiyasında 100-dən çox tədqiqatçı iştirak edib. Sonda iştirakçılara elektron sertifikatlar təqdim olunub.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026