BDU-da “Tədris Proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə - DOQUP” layihəsinin növbəti seminarı keçirilib

13/12/2012

Bu gün Bakı Dövlət Universitetində İtaliyanın Genoa Universitetinin koordinatorluq etdiyi “Tədris Proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə - DOQUP” layihəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetindən Tədris və Təlim Texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq Proqramlar üzrə baş mütəxəssis Elmira İsmayılova, Qafqaz Universitetindən Beynəlxalq Əlaqələr üzrə prorektor Sənnur Əliyev, Odlar Yurdu Universitetindən Beynəlxalq Əlaqələr üzrə prorektor Ruslan Sədirxanov, Universitetin Aparat rəhbəri Heydər Qəmbərov, Keyfiyyətin təmin edilməsi mərkəzinin müdiri Eyvaz Hüseynov, Azərbaycan Tibb Universitetindən Qorxmaz Əhmədov, Arifə Səmədova, Xəzər Universitetindən Lyudmila Sotova, Təhsil Nazirliyindən Aysel Əsgərova, BDU-nun müəllimləri Cavid Gədirov, Aydan Başlinskaya, Lalə Bayramova, Turanə Əliyeva iştirak ediblər.

Görüşdə partnyor ölkələrdə tədris proqramlarının keyfiyyətinin təminatının onlayn sənədləşmə sisteminin təyin edilməsi və yerinə yetirilməsi, Tədris proqramlarının keyfiyyətinin təmin edilməsinin standartları, Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üçün eyniləşdirilmiş məlumatların təyin edilməsi, toplanması, hazırlanması və təqdim edilməsi metodologiyası və üsulları müzakirə olunub.

"DoQuP"  layihəsində BDU 2011-ci il noyabrın 15-dən etibarən 3 illik müddətdə iştirak edir.

Layihənin başlıca məramı – Bolonya prosesinə qoşulmaqla, təhsil sistemində keyfiyyət proqramlarının şəffaflığının və həm tələbələr, həm də tədris işçiləri üçün  yüksək səviyyənin təmin olunması  mexanizmlərinin işlənməsidir. Bundan ötrü, iqtisadi inkişaf  səviyyəsi və siyasi idarəçilik aparatları fərqli olan dövlətlərdə vahid təhsil məkanının yaradılmasına nail olmaqdır.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2012-ci il.

Xəbərlər

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
22/09/2023

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək
22/09/2023

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
22/09/2023