BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19/11/2020

Ölkəmizdə koronavirusla (COVİD-19) bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn formada həyata keçirilir. Pandemiya səbəbindən 2020/2021-ci tədris ilində həmişəkindən fərqli olaraq, professor-müəllim heyətini və tələbələri Universitet auditoriyalarında deyil, monitor qarşısından salamladıq. Əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğurunda gedən Vətən müharibəsi ilə əlaqədar ölkədə internetə məhdudiyyətlərin tətbiq olunması tədris prosesində müəyyən müddət fasilə yaratsa da BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir.

Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. Universitetdə distant təhsil prosesində öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ təşkil olunması üçün lazımi tədbirlər görülüb. BDU distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili üçün bütün resurslarını səfərbər edib.

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

Əlavə edək ki, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı  “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. Dərs ili başlamadan öncə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil edilib. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanıb. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024