BDU-da “TEKNOFEST-2026” ilə bağlı infosessiya

17/02/2026

“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.

İnfosessiya zamanı Ahmet Köse dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST”in gənclər üçün yaratdığı imkanlardan, xüsusilə tələbələrin elmi-texnoloji potensialının üzə çıxarılmasında rolundan danışıb.

Qeyd olunub ki, festival çərçivəsində aviasiya, kosmos, süni intellekt, robototexnika, kibertəhlükəsizlik, enerji texnologiyaları və digər sahələri əhatə edən 76 kateqoriya üzrə yarışmalar keçirilir. Bu yarışmalarda məktəblilərdən tutmuş ali təhsil müəssisələrinin tələbələrinə və startap komandalarına qədər geniş iştirak imkanı mövcuddur.

Ahmet Köse Azərbaycan gənclərinin, o cümlədən BDU tələbələrinin  TEKNOFEST-də əldə etdikləri uğurları xüsusi vurğulayıb.

Qeyd edək ki, “TEKNOFEST-2026” bu il Türkiyə Respublikasının Şanlıurfa şəhərində 30 sentaybr - 4 oktyabr tarixlərində keçiriləcək.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026