BDU-da “TEKNOFEST”in gənc tədqiqatçılar üçün yaratdığı perspektivlərə dair elmi seminar

21/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində ””TEKNOFEST” və gənc tədqiqatçılar üçün perspektivlər” mövzusunda elmi seminar keçirilib. Seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Orxan Güləhmədov və kafedranın müəllimi Sara Rəhimzadə çıxış ediblər.

Sara Rəhimzadə seminar iştirakçılarına “TEKNOFEST”in tarixi, keçirilmə məqsədləri, beynəlxalq bilik yarışması kimi təşəkkül tapması, Azərbaycanın həmin festivalın keçirildiyi ilk xarici ölkə olması, 26-29 may 2022-ci il tarixlərində Bakıda keçirilmiş “TEKNOFEST-Azərbaycan”, onun kateqoriyaları barədə məlumat verib. O, BDU-nun “Nano” komandasının “TEKNOFEST-Azərbaycan”nın “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə 3-cü yerə layiq görülən “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması“ adlı layihəsi barədə danışıb.

Sonra Orxan Güləhmədov tərəfindən seminar iştirakçılarına cari ilin avqust ayında Türkiyənin Samsun şəhərində “TEKNOFEST-Qara dəniz 2022” və gələn il keçiriləcək “TEKNOFEST-İstanbul 2023” festivalları barədə məlumat verilib. Festivalın bütün kateqoriyaları və gələcək perspektivlərindən danışan Orxan Güləhmədov bu texnologiyaların gələcəyə yönəlik bir addım olduğunu vurğulayıb və elmi ideyaları olan tələbələri fəallıq göstərməyə çağırıb.

Seminarda gələcək festivallarda iştirakın vacibliyi və ideyaların inkişafı haqqında diskussiyalar aparılıb, “TEKNOFEST-Azərbaycan” yarışmasından maraqlı görüntülər nümayiş etdirilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026