BDU-da “Thomson Reuters” agentliyinin məlumat bazaları ilə işləmək və təhlillər aparmaq üzrə treninq keçirilib

22/02/2016

Bakı Dövlət Universitetində “Thomson Reuters” beynəlxalq agentliyinin məlumat bazaları ilə işləmək və analitik təhlillər aparmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə treninq keçirilib. Məlum olduğu kimi, elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Bakı Dövlət Universiteti də daxil olmaqla Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına, “Science Citation Index Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation Index®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation Index®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation Index®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters InCites™” bazasına tam çıxış əldə edib.

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə çıxış edərək bildirib ki, 2015-ci ildə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, elmi işçiləri və tələbələri tərəfindən  860-ı xarici ölkələrdə dərc edilən elmi jurnallarda olmaqla 2797 məqalə nəşr etdirilib, 628-i xaricdə olmaqla beynəlxalq və yerli konfranslarda  1203 məruzə edilib. Xaricdə nəşr olunmuş 860 məqalədən 150-yə qədəri “Thomson Reuters”, “Scopus” və digər beynəlxalq agentliklər tərəfindən indekslənən impakt faktorlu jurnallarda nəşr olunub. Bunun nəticəsidir ki, Bakı Dövlət Universiteti ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən Round University Ranking (RUR) beynəlxalq  təşkilatı tərəfindən "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında tərtib edilən reytinqdə dünyanın 70-dən artıq ölkəsindən olan 750 universitet arasında tədrisin keyfiyyətinə görə 656-cı yerdə olub.

“Thomson Reuters” agentliyinin MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov bildirib ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın 7000-dən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları və özəl şirkətləri bu korporasiyanın xidmətlərindən faydalanır. Bildirilib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycanın elmi ictimaiyyəti, universitet alimləri korporasiyanın məlumatlar bazası ilə işləmək, analitik təhlillər aparmaq, tədqiqatçıların fəaliyyətinin və elmi jurnalların obyektiv qiymətləndirilməsini həyata keçirmək, nəşrlərini yerləşdirmək üçün əlavə imkanlar əldə edəcəklər.

Tədbirdə Valentin Boqorov tərəfindən qeyd edilən məlumat bazaları ilə işləmək və təhlillər aparmaq sahəsində bacarıqların əldə edilməsi üzrə treninq keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2016-cı il.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024