BDU-da təhsil alan əcnəbi tələbələr Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

28/09/2021

Bakı Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr və Xarici tələbələrlə iş şöbəsinin əməkdaşları Şəhidlər xiyabanını və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Yürüş zamanı əcnəbi tələbələrə Azərbaycan Respublikasının müstəqillik tarixindən, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən bəhs edilib.

Mali, Çin, Qazaxıstan, Qambiya, İndoneziya, Malavi, Misir və Qırğızıstandan olan tələbələr Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, müqəddəs şəhidlərimizin xatirəsini hörmət və ehtiramla anıblar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026