BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş
07/10/2022
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə görüş keçiriblər.
Görüşdə Fondun İdarə Heyətinin sədrinin müavini Tahir Xələfov təqdimatla çıxış edib. O, tələbələrə Fondun fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı bu imkandan yararlanmağa çağırıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılb.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
