BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş

16/10/2023

Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) l kurs tələbələri ilə görüşüblər.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Fondun son illər BDU ilə səmərəli əməkdaşlıq etdiyini qeyd edib, vaxtaşırı keçirilən görüşlərin tələbələrin təhsilə əlçatanlılığı baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra təqdimatla çıxış edən TTKF-in İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026