BDU-da "Təkrarsığorta, həyat sığortası və onun tarixi” mövzusunda təlim

26/04/2022

Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Həyat Sığorta” ASC arasında tələbə-gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə dair sazişə uyğun olaraq tələbələr üçün növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov tələbələrin əmək bazarına hazırlıqlı daxil olmasının prioritet istiqamət olduğunu vurğulayıb. Əmək münasibətlərində sığortanın vacibliyindən danışan sektor müdiri gənclərə daim təcrübə imkanları yaratdığına görə “Paşa Həyat Sığorta”ya təşəkkür edib.

Sonra “Paşa Həyat Sığorta” şirkətinin əməkdaşları Fərəh Əsgərova və Nərmin Salmanova "Təkrarsığorta, həyat sığortası və onun tarixi” mövzusunda təlim proqramını təqdim ediblər. Təqdimatda təkrarsığorta və həyat sığortasının mahiyyəti ətraflı izah olunub.

Görüşdə BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Tələbələrin əmək bazarının mövcud şərtlərinə daha tez uyğunlaşması, onların rəqabətədavamlı namizəd olması istiqamətində keçirilən təlim maraqla qarşılanıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026