BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək

22/12/2025

Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək. İlk dəfə keçiriləcək bu forum 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və tarixi Zəfərimizin beş illiyinə həsr olunur.

THİK-lərin əlaqələrinin daha da genişləndirilməsi məqsədilə keçiriləcək tədbirdə postmüharibə və böyük qayıdış prosesində tələbə həmkarların birgə təşəbbüslərinin vahid platformada müzakirəsi təşkil ediləcək.

Qeyd edək ki, forum çərçivəsində keçiriləcək “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” panel sessiyasında müxtəlif ali təhsil müəssisələrinin THİK üzvlərinin iştirakı ilə ortaq təkliflər paketi hazırlanacaq və icrası təmin ediləcək.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026