BDU-da tələbələr üçün “Huawei İKT Müsabiqəsi” keçirilir

21/10/2025

“Huawei” şirkətinin təşkilatçılığı, UNESCO-nun Qlobal Bacarıqlar Akademiyasının tərəfdaşlığı ilə ali məktəb tələbələri üçün “Huawei İKT Müsabiqəsi 2025-2026" (Huawei ICT Competition) keçirilir. 

2015-ci ildən keçirilən müsabiqədə hər il daha çox ölkə və tələbə iştirak edir. Müsabiqədə iştirakçılara İKT biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını artırmaq, ən son texnologiyalar və platformalardan istifadə etməklə innovasiyaları təşviq etmək imkanı yaradan beynəlxalq yarış və mübadilə platforması təqdim edilir. 

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
1) Təcrübə müsabiqəsi
- Hesablama (Computing) istiqaməti
- Şəbəkə istiqaməti
- Bulud texnologiyaları istiqaməti

2) İnnovasiya müsabiqəsi
- "MindSpore" əsaslı innovativ süni intellekt tətbiqi hazırlamaq

3) Tədris müsabiqəsi
- Sənaye-təhsil əməkdaşlığı istiqaməti

Müsabiqə barədə ilkin məlumatlar: https://e.huawei.com/en/talent/ict-academy/#/ict-contest

Detallı məlumat kitabçası: https://bit.ly/BSU-HICT_Competition

Müsabiqədə iştirak etmək istəyən tələbələr üçün infosessiya keçiriləcək.

İnfosessiyada iştirak üçün qeydiyyat linki: https://bit.ly/HICTC-register

Qeydiyyat üçün son tarix: 22 noyabr 2025, saat 16:00

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026