BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
07/10/2024
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “İntellektual Oyunlar Klubu”nun təşkilatçılığı ilə BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib.
22 komandanın mübarizə apardığı turnirdə 130-dan çox tələbə iştirak edib. BDU-nun TGT sədri Harun Mehdiyev yarışın keçirilməsində əsas məqsədin tələbələr arasında vətənpərvərliyin təbliğ edilməsi, intellektual oyunlar vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu bildirib.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən turnirdə “Evrika” komandası I, “Difai” II və “Aurelion Sol” komandası isə III yeri tutub.
I və II yerin qalibləri finala vəsiqə qazanıb.

Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
