BDU-da tələbələrin II Respublika konfransı keçirilib

18/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin II Respublika konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, hazırda Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən islahatlar BDU-nun yaxın gələcəkdə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacağını, nüfuzlu tədqiqat universitetinə çevriləcəyini deməyə əsas verir. Mais Süleymanov Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda Respublika konfransının əhəmiyyətini vurğulayıb.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı qeyd edib ki, konfransın keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.

Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Rəşad Qardaşovun moderatorluğu ilə davam etdirilən konfransda tələbələr BDU-nun Elmi Kitabxanası, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Respublika Dövlət Elmi Tibb Kitabxanası və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında avtomatlaşdırma proseslərinin müasir vəziyyəti, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, alınmış nəticələr təqdim olunub, təkliflər irəli sürülüb.

Çıxış edənlər - Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Prezident Kitabxanasının şöbə müdiri Sonaxanım Abbasova, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, ADİU Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Röksanə Səfərzadə, Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova konfransın əhəmiyyətindən bəhs edib, təşkilatçılığa və yüksək səviyyədə dəstəyə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024