BDU-da təlim: “Düşüncə xətalarının emosional həyatımıza təsiri”

12/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Düşüncə xətalarının emosional həyatımıza təsiri” adlı təlim keçirib.

Təlimə universitetin bütün fakültələrindən tələbələr qatılıb. Sektorun psixoloqu İlkanə Mənsumova təlimdə iştirak edən tələbələrə düşüncənin sosial və emosional həyatımızdakı rolu, onun hiss və davranışlarımıza təsiri, ən çox istifadə olunan düşüncə xətaları haqqında məlumat verib. Qeyd edilib ki, gündəlik həyatımızda istifadə etdiyimiz düşüncə xətaları müxtəlif faktorlara bağlı olaraq meydana çıxır. Psixoloq tələbələri ən çox istifadə edilən düşüncə xətaları ilə daha sağlam mübarizə texnikaları ilə də tanış edib.

Sonda tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları cavablandırılıb. Tələbələrlə neqativ düşüncələri daha funksional düşüncələrlə əvəz edən praktik çalışmalar aparılıb.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026