BDU-da təlim: “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar”

31/10/2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda təlim keçirib.

Təlimdə ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, şöbənin baş məsləhətçisi Həsənağa Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya, Hüquq, Tarix və Coğrafiya fakültələrinin IV kurs tələbələri, magistrantlar iştirak ediblər.

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra ƏƏSMN-in şöbə müdirinin müavini Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər, layihələr barədə təlim iştirakçılarına məlumat verib.

Təlim tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam etdirilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026