BDU-da təlim: “Effektiv rezüme necə hazırlanır?”

12/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Karyera yolu” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Nərgiz Bayramova tərəfindən “Effektiv rezüme necə hazırlanır?” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi tələbələrə əmək bazarında uğurlu karyera qurmaq üçün zəruri bilik və bacarıqları aşılamaq, onların peşəkar özünü təqdimetmə vərdişlərini inkişaf etdirməkdir.

Nərgiz Bayramova təqdimatında şəxsi təcrübə, bacarıq və nailiyyətlərin konkret, aydın və peşəkar şəkildə təqdim edilməsinin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, effektiv rezüme yalnız şəxsin təcrübəsini sadalayan sənəd deyil, həm də onun potensialını, təşəbbüskarlığını və məqsədyönlülüyünü əks etdirən təqdimat vasitəsidir.

Təlimdə effektiv rezümenin tərtibat prinsipləri, struktur və məzmun baxımından düzgün yazılış qaydaları, CV ilə rezümenin oxşar və fərqli cəhətləri, mətnin dili və üslub tələbləri, eləcə də rezüme hazırlanarkən yol verilən tipik səhvlər barədə məlumat verilib.

Təlimin praktiki hissəsində iştirakçılar fərdi karyera məqsədlərinə uyğun rezüme tərtibi ilə bağlı tövsiyələr alıblar. Təlimçi tələbələrin hazırladıqları nümunələri təhlil edərək, onlara fərdi yanaşma əsasında məsləhətlər verib.

Xəbərlər

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır
17/06/2026

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş
16/06/2026