BDU-da təlim: “Fərdi potensialın kəşfi”

17/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı və Karyera və məzunlarla iş Mərkəzinin birgə təşəbbüsü ilə tələbələr üçün “Fərdi potensialın kəşfi” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi tələbələrin şəxsi inkişafına dəstək göstərmək, peşəkar bacarıqlarının formalaşmasına töhfə vermək və gələcək karyera seçimində düzgün istiqamət müəyyənləşdirmələrinə kömək etməkdir.

Təlimçi, Karyera və məzunlarla iş Mərkəzinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva tələbələrə fərdi potensialın müəyyənləşdirilməsi yolları, effektiv karyera strategiyalarının qurulması barədə geniş məlumat verib. Tələbələri müasir əmək bazarının tələbləri, gənclərin rəqabətqabiliyyətli kadr kimi formalaşmasında zəruri olan kompetensiyalarla tanış edib, özünüinkişaf və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb.

Təlim çərçivəsində tələbələrlə müxtəlif psixoloji və motivasiyaedici testlər keçirilib, onların güclü tərəflərini daha yaxşı tanımalarına kömək edən praktiki tapşırıqlar yerinə yetirilib. İştirakçılar fərdi potensialın düzgün istiqamətləndirilməsinin karyera inkişafında oynadığı rol haqqında müzakirələr aparıblar. Tələbələr qrup işlərində fəal iştirak edərək, komanda daxilində effektiv əməkdaşlıq, ünsiyyət və liderlik bacarıqlarının formalaşması ilə bağlı tapşırıqları yerinə yetiriblər. Bu, komanda işinin, düzgün kommunikasiya qurmağın vacibliyini daha dərindən anlamağa imkan yaradıb.

Təlimin sonunda tələbələrə karyera planlaşdırılması, şəxsi inkişaf strategiyalarının qurulması, motivasiyanın artırılması və peşə seçimi ilə bağlı faydalı tövsiyələr verilib.

 

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026