BDU-da təlim: “Geoloji xəritəndə öz karyera yolunu tap”

08/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Geoloji xəritəndə öz karyera yolunu tap” adlı təlim keçirilib.

Təlimçi, Mərkəzin baş mütəxəssisi İlkin Şərifov iştirakçılara karyera planlamasının mərhələləri, fərdi bacarıqların qiymətləndirilməsi, düzgün istiqamət seçiminin əhəmiyyəti və geologiya sahəsində mövcud iş imkanları barədə geniş məlumat verib. Şəxsi inkişafın və davamlı öyrənmənin peşəkar uğurda mühüm rol oynadığını bildirib.

Təlim interaktiv formatda təşkil olunub. Qrup işləri zamanı tələbələr komanda bacarıqlarını və analitik düşünmə qabiliyyətlərini nümayiş etdiriblər. Hər qrup öz ideyalarını təqdim edib, müxtəlif yanaşmalar paylaşaraq mütəxəssisdən faydalı tövsiyələr alıblar.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026