BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

30/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin “Karyera yolu – 4” layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim təşkil olunub. Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi Nərgiz Şirinovanın təqdimatında keçirilən təlim “Karyera məqsədlərinin təyin edilməsi” mövzusuna həsr olunub.

Təlimin məqsədi tələbələrin karyera planlaşdırılması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, gələcək peşə fəaliyyətlərini düzgün istiqamətləndirmələrinə dəstək olmaq və qarşıya qoyduqları karyera hədəflərinə çatmaq üçün sistemli fəaliyyət planı hazırlamaq bacarıqlarını formalaşdırmaq olub.

Təlimdə iştirakçılara karyera məqsədlərinin düzgün müəyyənləşdirilməsi, qısamüddətli və uzunmüddətli hədəflərin seçilməsi, bu hədəflərə çatmaq üçün səmərəli fəaliyyət planının hazırlanması barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, uğurlu karyera qurmaq üçün fərdin öz maraq və bacarıqlarını tanıması, potensialını düzgün qiymətləndirməsi və peşə seçimini şəxsi məqsədləri ilə uzlaşdırması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, karyera inkişafı prosesində prioritetlərin müəyyənləşdirilməsi, mövcud imkanların dəyərləndirilməsi və qarşıya real, ölçülə bilən hədəflərin qoyulmasının vacibliyi vurğulanıb.

İnteraktiv müzakirələrlə davam edən təlimdə tələbələrə karyera məqsədlərinin müəyyənləşdirilməsi zamanı diqqət yetirilməli məqamlar izah olunub. Dəyişən əmək bazarının tələblərinə uyğunlaşmağın, yeni bilik və bacarıqlar əldə etməyin, şəxsi inkişaf üzərində davamlı çalışmağın karyera uğurunda mühüm rol oynadığı qeyd edilib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026