BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı və “CareerPlus” klubunun birgə təşkilatçılığı ilə “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi” mövzusunda təlim təşkil olunub.
Təlimin məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq və düzgün karyera seçiminə yardım etmək olub.
Tədbirin təlimçisi Fərəh Babayeva iştirakçılarla effektiv ünsiyyət bacarıqları, peşə seçiminin əhəmiyyəti, uğurlu CV hazırlanmasının əsas prinsipləri və iş müsahibələri zamanı diqqət edilməli məqamlar barədə məlumatları bölüşüb. O, çıxışı zamanı müasir əmək bazarının tələblərindən, tələbələrin öz bacarıqlarını düzgün təqdim etməsinin vacibliyindən və karyera planlamasında şəxsi inkişafın rolundan danışıb. Təlimçi həmçinin CV hazırlanarkən ən çox yol verilən səhvləri diqqətə çatdırıb, uğurlu təqdimat və ünsiyyət bacarıqlarının iş həyatındakı əhəmiyyətini praktiki nümunələrlə izah edib.
Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




