BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili”

16/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qeyri-verbal kommunkasiyanın təhlili və təşkili” mövzusunda təlim keçirilib.

Təlimçi BDU-nun məzunu, idarəetmə psixoloqu, Psixoloji Diaqnostika İnstitutunun direktor müavini David Poladov olub. Təlimçi ünsiyyət prosesinin verbal (söz, dil və nitqdən istifadə etməklə) və qeyri-verbal (əl-qol hərəkətləri, səs tonu, nitqin sürəti, tezliyi, bədən dili, sifət cizgiləri, geyim tərzi, ünsiyyət zamanı saxladığı məsafə və s.)  vasitələrlə qurulduğunu bildirib. O qeyd edib ki, insanlar verbal ünsiyyəti öyrəndikləri kimi, qeyri-verbal ünsiyyət vasitələrinə də sosial mühitdə yiyələnirlər. Belə ki, kommunikasiya prosesində söz 17, səs 28, sözün necə deyilməsi isə 55 faiz əhəmiyyət kəsb edir. David Poladov gündəlik həyatda, siyasi görüşlərdə bədən dilini bilməyin vacibliyini vurğulayıb, dominantlıq, manipulyasiya kimi mövzulardan da söhbət açıb.

Təlimin sonunda təlimçi tələbələrlə müxtəlif kommunikasiya texnikaları üzərində işləyib və onların suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026