BDU-da təlim: "Süd vəzi xərçənginin genetikası"

29/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi və Fetal Mərkəz NS Genetik Klinikasının birgə təşkilatçılığı ilə "Süd vəzi xərçəngi ilə mübarizə ayı" çərçivəsində "Süd vəzi xərçənginin genetikası" mövzusunda təlim keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti və “Biologiya” ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.

Fetal Mərkəz NS Genetik Klinikasının Sitogenetika şöbəsinin rəhbəri, həkim-sitogenetik Vüsalə Əliyeva süd vəzi xərçənginin genetik əsasları, xəstəliyin irsi səbəbləri, xərçəngə meylli genlərin aşkarlanması barədə ətraflı məlumat verib, diaqnostikada sitogenetik metodların əhəmiyyətini vurğulayıb. Məruzəçi süd vəzi xərçəngi xəstəliklərindən nümunələri təhlil etməklə, yaranmış vəziyyətlərdə genlərin müəyyən edilməsi, xəstəliklə mübarizə yollarını nəzərə çatdırıb.

Vüsalə  Əliyeva genetik tədqiqatların erkən diaqnostika və müalicədə mühüm rol oynadığını bildirib, tələbələrlə bu sahə üzrə tədqiqat imkanlarını müzakirə edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026