BDU-da təlim: “Yaradıcılığımı biznesə necə çevirim?”

01/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “PR Point Baku”nun birgə təşkilatçılığı ilə “Sevil Art” brendinin yaradıcısı Sevil Əhmədovanın “Yaradıcılığımı biznesə necə çevirim?” mövzusunda təlimi keçirilib.

Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov Mərkəzin tələbə və məzunlara göstərdiyi karyera xidmətləri barədə danışıb. O, kreativ yönümlü təlimlərin gənclərin özünüifadə imkanlarını genişləndirdiyini və onların əmək bazarında rəqabət qabiliyyətini artırdığını vurğulayıb.

Təlimçi Sevil Əhmədova isə şəxsi yaradıcılıq yolundan, “Sevil Art” brendinin formalaşma mərhələlərindən söz açıb. O, qarşılaşdığı çətinlikləri, qlobal bazarda tanınmaq üçün atdığı addımları, beynəlxalq sərgilərdə iştirakın əhəmiyyətini və məhsulların xaricdə təqdimat strategiyalarını tələbələrlə bölüşüb. Azərbaycan brendinin dünyaya çıxarılması istiqamətində praktiki nümunələr təqdim edib.

Təlim zamanı kreativ ideyanın biznesə çevrilməsində ardıcıl strategiyanın qurulması, rəqəmsal platformaların rolu və hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi kimi məsələlər xüsusi vurğulanıb.

Görüşdə iştirakçılar yaradıcılığın biznesdə tətbiqi, satış strategiyaları, məhsulun təqdimatı və kreativ brend hekayəsinin qurulması ilə bağlı suallar ünvanlayaraq, faydalı məsləhətlər əldə ediblər.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026