BDU-da topoloji izolyator və termoelektrik xassəli kvant materiallarının tədqiqinə dair elmi seminar

11/06/2024

Bakı Dövlət Universitetində (BDU) “Topoloji izolyator və termoelektrik xassəli kvant materiallarının dizaynında əsas yanaşmalar  və xassələrinin tədqiqi” adlı elmi seminar keçirilib.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Xatirə Mehtiyeva topoloji izolyator xassəli və termoelektrik materialların əhəmiyyəti, onların xassələrinin yaxşılaşdırılması istiqamətində mövcud olan strategiyalar və tətbiq sahələri haqqında geniş məlumat verib.

Qeyd edək ki, Xatirə Mehtiyeva mövzu üzrə altı ay müddətində İtaliyanın Kalabriya Universitetində elmi tədqiqat aparıb. O, apardığı elmi tədqiqatlar, onların nəticələrindən söz açıb. Həmçinin o, Bakı Dövlət Universitetinin sənayeləşmə strategiyası üzrə “Rentgen Şüalarının Difraksiyası üsulu ilə suxurların mineroloji analizi” adlı layihəni təqdim edib.

Xəbərlər

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2025

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
14/06/2025