BDU-da ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri öyrənilib

06/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri” adlı elmi seminar keçirilib. Seminarda Genetika kafedrasının dosenti Nəzakət Hüseynova və doktorantı Ləman Rəsulova mövzu ilə bağlı aparılan tədqiqatların nəticələrinə dair məruzə ediblər.

Məruzədə ətraf mühitə sənaye müəssisələri, nəqliyyat vasitələri, kənd təsərrüfatı və digər sahələrdən daxil olan mutagen və kanserogen (o cümlədən promutagen və prokanserogen) maddələrin genetik strukturlara təsiri müzakirə edilib. Məruzəçilər daxilolma mənbələri və təsir mexanizmlərinə görə fərqlənən kanserogen maddələrin təbiətindən bəhs ediblər. Qeyd edilib ki, ətraf mühitin çirklənməsində başlanğıc formada inert olan, yalnız metabolik aktivləşmədən keçdikdən sonra reaktiv metabolitlər yaradan promutagen və prokanserogenlər yüksək pay sahibidirlər. Yüksək promutagen və kanserogen xüsusiyyətləri ilə xarakterizə olunan DMNA, TF, BP promutagenlərinin xarakteri mikrosomal monooksigenaz sistemin, ilk növbədə sitoxrom qrupu fermentlərinin aktivliyindən birbaşa asılıdr.

Məruzədə tədqiqatın nəticələri olaraq həmin kanserogen maddələrin müxtəlif test obyektlərdə mutasiyalar yarada bilən ən effektiv qatılığı müəyyənləşdirilib.

Seminarda istehsalat zamanı promutagenlərlə bilavasitə kontaktda olan insanlarda onların təsirinin neytrallaşdırılması, eyni zamanda irsi strukturların genotoksikliyinin korreksiyası məsələləri müzakirə olunub.

Seminarın sonunda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024