BDU-da “Triboelektrik nanogeneratorlar əsasında öz-özünü təmin edən sensorların hazırlanması” mövzusunda elmi seminar

21/02/2022

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.

Elmi seminarda Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı  Orxan Güləhmədov  "Triboelektrik nanogeneratorlar əsasında öz-özünü təmin edən sensorların hazırlanması"  mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi insanların mexaniki hərəkətləri ilə bağlı yaranan biomexaniki enerjidən istifadə olunmaqla müxtəlif portativ elektronik cihazların enerji tələbatının ödənilməsi və insanların sağlamlıq xüsusiyyətlərinin monitorinqinin aparılması üçün sensorların hazırlanması imkanlarından danışıb. O, bu cür sistemlərdə istifadə olunan polimer materialların həssaslığı, çevikliyi, onların ətraf mühitin təsirlərinə davamlılığı kim xassələrini öyrənməyin və hazırlanan  sensorların kiçik həcmə malik olmasının vacibliyini qeyd edib.

Seminarda iştirak edən Türkiyənin Eskişehir Teknik Universitetinin professoru Nezihe Ayasla gələcəkdə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025