BDU-da Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri ilə görüş

13/09/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Rektor Elçin Babayev qonağa son illər BDU-da həyata keçirilən yeniliklər, elm və tədris sahəsində uğurlar, türkdilli dövlətlərlə əlaqələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, BDU digər türkdilli dövlətlərin aparıcı universitetləri ilə yanaşı, qardaş Türkiyənin 20-dən artıq universiteti ilə əməkdaşlıq edir. Rektor qonağı BDU-da jurnalistika təhsili sahəsindəki yeniliklərlə də tanış edib.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir rəhbərlik etdiyi qurumun indiyədək reallaşdırdığı tədbirlərdən söz açıb. O, bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileylərinə həsr olunmuş Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycanda təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun Türk Dünyası Ünsiyyət və Sənət Simpoziumu, Türk Dünyası Universitetləri Qısa Film Festivalı kimi tədbirlər keçirəcəyini də qeyd edən Menderes Dəmir BDU-nun Azərbaycanın ən böyük və qədim universiteti kimi bu tədbirlərin reallaşmasında aparıcı rola malik olduğunu bildirib.

Görüşdə BDU ilə Türk Dünyası Jurnalistlər Federasiyası arasında  əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xəbərlər

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub
01/08/2025

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
01/08/2025