BDU-da “Türk otağı” açılıb

26/04/2024

Bakı Dövlət Universitetində (BDU) “Türk otağı” açılıb.

Açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Türk otağı”nın açılmasının Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, BDU-da Türkiyə üzrə, türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. Məzunlarımız ölkəmizi həm elmi, mədəni, həm də siyasi sahədə təmsil edirlər. Türk otağında olan ədəbiyyat, əyani vəsaitlər Türk filologiyası, regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə kadr hazırlığına töhfə verəcəkdir.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç, Türkiyə səfirliyinin müşavirləri Zeynəb Kıvılcım və Muhittin Macit, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov çıxışlarında qeyd ediblər ki, BDU-da “Türk otağı”nın açılması Azərbaycan-Türkiyə qardaşlığına, iki ölkənin elmi, mədəni əlaqələrinə böyük töhfədir və strateji mahiyyət daşıyır. Türk dünyasının bir hissəsi olan Azərbaycan qardaş ölkənin regionunun, dilinin, mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı işlər aparır. Türk filologiyası kafedrası da bu əhəmiyyətli prosesin əsas dəstəkçilərindəndir. “Türk otağı”nın açılması tələbələrin tədris prosesində türk mühiti ilə daha yaxından təmasda olması üçün əhəmiyyətlidir.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026