BDU-da türk və ispan dillərindəki frazeoloji birləşmələrin xüsusiyyətləri müqayisəli təhlil olunub

01/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında “Müasir türk və ispan dillərindəki frazeoloji birləşmələrin qrammatik və leksik-semantik xüsusiyyətləri” adlı elmi seminar keçirilib.

Seminarda kafedranın baş müəllimi Nərminə Məmmədova eyniadlı məruzə ilə çıxış edib.

Mühazirəçi müqayisəli frazeologiyanın müasir dilçilikdə ən aktual məsələlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ispan və türk dilləri kimi həm tipoloji, həm də genealoji baxımdan bir-birindən fərqli feillərin frazeoloji sistemlərinin müqayisəli təhlili böyük maraq doğurur. Nərminə Məmmədova daha sonra müasir türk və ispan dillərinin frazeoloji birləşmələrinin iki və ya daha çox sözün birləşməsi əsasında təşəkkül tapdığını nümunələrlə izah edib.

Sonda mühazirəçi seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026